Xəzər Xəbər

Koronavirusa yoluxanların əksəriyyətində “delta” ştamı aşkarlanıb

Dünya | 11:49 • 13 Oktyabr 2021
Koronavirusa yoluxanların əksəriyyətində “delta” ştamı aşkarlanıb

Gürcüstanda son sutkada daha 4 837 nəfər koronavirusa yoluxub, 26 pasiyent həyatını itirib.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 645 195-ə, ölənlərin sayı isə 9 332-yə çatıb.

Mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib ki, yoluxanların böyük əksəriyyətində “delta” ştamı təsdiqlənib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti