Xəzər Xəbər

ABŞ Əfqanıstanın dondurulmuş maliyyə aktivlərinin vəziyyətini dəyişməyəcək

Dünya | 11:54 • 13 Oktyabr 2021
ABŞ Əfqanıstanın dondurulmuş maliyyə aktivlərinin vəziyyətini dəyişməyəcək

“Böyük İyirmilik” qrupunun Əfqanıstana həsr edilmiş videokonfrans rejimində görüşündə Əfqanıstanın əvvəlki hökumətinin maliyyə aktivlərinin dondurulması barədə ABŞ-ın mövqeyi dəyişməyib.

Bunu Ağ evin mətbuat katibi Cen Psaki bəyan edib. O bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstan üçün ən iri donor olub, ona humanitar yardım göstərib və bundan sonra da yardım göstərmək niyyətindədir.

Xatırladaq ki, taliblər Kabili zəbt edəndən sonra ABŞ Əfqanıstanın Amerika banklarındakı dövlət ehtiyatlarını dondurub. Bu ehtiyatların məbləği təqribən 9,5 milyard dollara bərabərdir. Bundan əlavə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da Əfqanıstana köməyi dayandırıblar. (AZƏRTAC)

Xəbər lenti