Xəzər Xəbər

Beynəlxalq axtarışda olan şəxs mediaya müsahibə verib

Dünya | 09:29 • 13 Oktyabr 2021
Beynəlxalq axtarışda olan şəxs mediaya müsahibə verib

“Nissan Motor” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qon özünü müdafiə etmək üçün Yaponiyadan qaçmağın yeganə mümkün variant olduğunu bildirib.

NHK telekanalına onlayn müsahibəsində K.Qon əsas olaraq Yaponiya məhkəmə sistemində prokurorluğun irəli sürdüyü ittihamların 99 faizinin onun qələbəsi ilə tamamlanmasını göstərib.

Qeyd edək ki, Yaponiyadan qaçdıqdan sonra Livanda yaşayan K.Qon 2019-cu ildə girov müqabilində azadlığa çıxmasına baxmayaraq, Tokionu qeyri-qanuni yolla tərk etdiyinə görə beynəlxalq axtarışdadır.

Həmin vaxt o, etibardan sui-istifadə edərək ağır maliyyə cinayəti törətdiyinə görə məhkəmənin keçirilməsini gözləyirdi. Cari il iyunun 19-da iki ABŞ vətəndaşı K.Qona Yaponiyanın qeyri-qanuni yolla tərk etməyə kömək etdiyinə görə ittiham edilərək haqlarında azadlıqdan məhrum olunma barədə qərar çıxarılıb.

Yaponiyadan nə üçün qaçdığı barədə sualı cavablandıran K.Qon isə bildirib ki, Yaponiyada prokurorluğun məhkəmə prosesində bütün işlərin 99,4 faizini udmasını aydınlaşdırdıqdan sonra qələbəyə inamını itirib. Yaponiyada onun və ailə üzvlərinin çox incidildiyini bildirən K.Qon yeganə yolun ölkəni tərk etməkdən ibarət olduğunu bildirib.

Yaponiyadan qaçış zamanı ən həyəcanlı məqamın onun yerləşdiyi musiqi alətləri üçün yeşiyin yoxlanılması məqamı olduğunu xatırladan iş adamı, məhz bu qutunun rentgen aparatından keçirilmədiyinə görə təyyarəyə minə bilməsi anı olduğunu deyib. Qeyd edib ki, yalnız bundan sonra o, Yaponiyanı tərk edə biləcəyini düşünüb.

Yaponiyanın hakimiyyət orqanlarının ona qarşı məhkəmə prosesinin baş tutması istəyinə gəlincə isə, K.Qon bildirib ki, bunun üçün bütün sənədlər Livan məhkəməsinə verilməlidir. Lakin yapon prokurorlar ona qarşı sürülən ittihamların əsassız olduğunu, bunun şirkət və prokurorluq tərəfindən uydurulmuş yalan olmasının üstünün açılacağından ehtiyat etdiklərinə görə bu addımı atmaq istəmirlər.

Tokio dairə prokurorluğu isə K.Qonun bu iddiasının tam əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib. Həmçinin bəyan edib ki, prokurorluq K.Qonun Yaponiyada törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunması üçün bütün lazımi addımları atacaq. (AZƏRTAC)

Xəbər lenti