Xəzər Xəbər

Putin Ərdoğanla danışdı: 5 təyyarə və daha 3 helikopter göndərdi

Dünya | 16:31 • 31 İyul 2021
Putin Ərdoğanla danışdı: 5 təyyarə və daha 3 helikopter göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
 
Telefon söhbətində Türkiyə-Rusiya münasibətləri müzakirə olunub.
 
Prezident Ərdoğan, Rusiyanın meşə yanğınları ilə mübarizəsini dəstəkləmək üçün 40 tonluq su tutumlu 5 ədəd İlyushin-76 tipli yanğınsöndürmə təyyarəsi və daha 3 ədəd Mi-8 tipli yanğınsöndürmə helikopteri ayırdığını söyləyərək təşəkkürünü çatdırıb.
 
Putin də Türkiyəyə meşə yanğınları ilə əlaqədar “keçmiş olsun” mesajını çatdırıb.

Xəbər lenti

Çox oxunanlar