Xəzər Xəbər

İranda yerli dərmanla peyvəndləmə başlandı

Dünya | 14:54 • 12 İyun 2021
İranda yerli dərmanla peyvəndləmə başlandı

Məşhəd şəhərində İranın koronavirusa qarşı yerli istehsalı olan "COVIran Barakat" dərmanı ilə peyvəndləmə başlanılıb.

Məşhəd Tibbi Elmlər Universitetinin səhiyyə vitse-kansleri Seyid Kazım Fərəhmənd 3350 doza dərmanın onlara çatdırıldığını bildirib: “Müqəddəs Məşhəd şəhəri İranın "COVIran Barakat" dərmanının vurulduğu dörd şəhərdən biridir”.

Universitet nümayəndəsi yaxın vaxtlarda 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılacağını, 70-75-80 yaş qruplarında isə davam etdiriləcəyini deyib./report

Xəbər lenti