Xəzər Xəbər

Dünyada yeni epidemiya başlayıb - ÖLÜMCÜL VİRUS

Dünya | 14:00 • 12 İyun 2021
Dünyada yeni epidemiya başlayıb - ÖLÜMCÜL VİRUS

Koronavirusun dünyanı cənginə aldığı bir vaxtda Avropada yeni epidemiya aşkarlanıb.

İngiltərədə ölümcül meymun çiçəyi (monkeypox) virusuna iki yoluxma halı qeydə alınıb. 

"Daily Mail" qəzetindəki məlumata görə, virus aşkarlanan iki nəfər başqa ölkədən İngiltərəyə gəlib. Ancaq onların səyahət etdikləri ölkələrin adı açıqlanmayıb.

Meymun çiçəyi virusu çiçək xəstəliyi ilə eyni viruslar ailəsinin üzvüdür. Əsasən mərkəzi və qərbi Afrikanın ucqar bölgələrində, tropik meşələrdə rast gəlinir.

Xəstəliyin əlamətləri arasında baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq yer alır./Redaktor.az

Xəbər lenti