Xəzər Xəbər

Hulusi Akar: Türkiyə hər zaman Liviyanın yanında olacaq

Dünya | 16:31 • 12 İyun 2021
Hulusi Akar: Türkiyə hər zaman Liviyanın yanında olacaq

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyanın paytaxtı Tripoliyə səfər edib.

O, səfər çərçivəsində Liviya Silahlı Qüvvələrində olub, ordu rəhbərliyi ilə fikir mübadiləsi aparıb.

Nazir bildirib ki, Türkiyə 500 illik tarixi qardaşlıq əlaqələri olan Liviyanın hər zaman yanında olmağa davam edəcək: "Türkiyə Liviyada yad qüvvə deyil. Hərbi sahədə əməkdaşlığımızın səviyyəsindən və heyətlərimizin mübadiləsindən məmnuluğumu ifadə edirəm"./report

 

Xəbər lenti