Xəzər Xəbər

Çində daha bir peyvəndin təcili istifadəsinə razılıq verilib

Dünya | 18:52 • 15 May 2021
Çində daha bir peyvəndin təcili istifadəsinə razılıq verilib

Çinin dərmanların keyfiyyətinə nəzarət edən müvafiq qurumu COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verib.

Şencen şəhərindəki “Kangtai” şirkətinin hazırladığı inaktiv vaksinin hazırda 3-cü mərhələ kliniki sınaqları aparılır. İndiyədək olan nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərib.

“Kangtai” şirkəti, bundan başqa, “AstraZeneca” şirkətinin Oksford Universiteti mütəxəssisləri ilə birgə hazırladıqları COVID-19 peyvəndinin Çində istehsalı üzrə eksklüziv hüquqlara malikdir.

Qeyd edək ki, bu, Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir. Bundan əvvəl Çinin "Sinopharm" şirkətinin 2, "Sinovac" və "CanSino" şirkətlərinin, habelə Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun bir peyvəndinin təcili istifadəsinə razılıq verilib. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024