Xəzər Xəbər

İranın Ali Məhkəməsinin sədri prezident olmaq istəyir

Dünya | 17:06 • 15 May 2021
İranın Ali Məhkəməsinin sədri prezident olmaq istəyir

Bu gün İranın Ali Məhkəməsinin sədri İbrahim Rəisinin iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçki qərargahı tərəfindən qeydə alınıb.

Xalqa müraciətində İ.Rəisi bildirib ki, prezident olacağı təqdirdə, əsas fəaliyyəti korrupsiyaya qarşı mübarizəyə, yoxsulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının qorunmasına və sanksiyaların ləğv edilməsinə yönəldəcək.

Qeyd edək ki, İ.Rəisi ötən prezident seçkilərində Həsən Ruhaninin əsas rəqibi olmuşdu.

Xəbər lenti