Xəzər Xəbər

Merkel istefaya çıxandan sonrakı planlarından danışdı

Dünya | 15:04 • 6 May 2021
Merkel istefaya çıxandan sonrakı planlarından danışdı
İndi işdən macalım olmadığına görə təqaüdə çıxandan sonra nə edəcəyimi düşünə bilməmişəm. 
 
Bu sözləri Almaniya kansleri Angela Merkel vəzifəsindən ayrıldıqdan sonra nə edəcəyi sualını cavablandırarkən deyib.
 
"Bir az yatacağam, təbiətdə gəzəcəyəm, ondan sonra xüsusi olaraq nə etmək istədiyimi düşünəcəyəm", - Merkel deyib.
 
Xatırladaq ki, Almaniyada növbəti parlament seçkiləri 2021-ci il sentyabrın 26-da keçiriləcək və Merkel daha seçkiyə qatılmayacaq. O, artıq mühafizəkar CDU/CSU blokundan Almaniya hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib. Merkelin sözlərinə görə, səlahiyyət müddəti bitdikdən sonra siyasətdən gedəcək.
 
Angela Merkel 2005-ci ilin noyabrından bəri Nazirlər Kabinetinə rəhbərlik edir./Qaynarinfo 

Rubrikanın digər xəbərləri

Xəbər lenti