Xəzər Xəbər

Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qanunsuz qərarını rədd edirik

Dünya | 14:49 • 6 May 2021
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qanunsuz qərarını rədd edirik

Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini saxta “soyqırımı” kimi tanıyan qərar tarixin siyasi motivlər əsasında yenidən yazılması istiqamətində əhəmiyyətsiz bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edir, şiddətlə qınayırıq. Parlamentlər tarix yazmaq və əsasız mühakimə etmək məkanı deyil.

Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin Latviya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarına dair açıqlamasında əksini tapıb.

Açıqlamada vurğulanır ki, 1915-ci il hadisələrində beynəlxalq hüquqa əsasən müəyyən edilmiş “soyqırımı” ifadəsi üçün tələb olunan şərtlərin heç biri mövcud deyildi. Bu cəhd həm də 1948-ci ildə qəbul edilmiş soyqırımının qarşısının alınması və günahkarların cəzalandırılması müqaviləsinə, habelə 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən Avropa İnsan Hüquqları Məhkəməsinin 2013 və 2015-ci il qərarlarına ziddir.

Qeyd olunur ki, Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin pis niyyətlərinə xidmət etmək əvəzinə, bu səhv addımı aradan qaldırmağa, başda türk və erməni xalqları olmaqla, bölgədə sülh şəraitində birgəyaşayış təcrübəsinin tətbiqinə yönəlmiş səyləri dəstəkləməyə dəvət edirik.

Xəbər lenti