Xəzər Xəbər

Dünyada koronavirusdan daha 12 min 260 nəfər dünyasını dəyişib

Dünya | 09:13 • 29 Aprel 2021
Dünyada koronavirusdan daha 12 min 260 nəfər dünyasını dəyişib

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 763 mindən çox artıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 763 min 656 nəfər yeni koronavirusa yoluxub, 12 min 260 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 148 milyon 329 min 348, ölənlər isə 3 milyon 128 min 962 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024