Xəzər Xəbər

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

Gündəm | 16:08 • 2 May 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Xəbər lenti