Xəzər Xəbər

Zelenski: Aprel ayında Ukrayna ərazisinə 300-dən çox raket atılıb

Dünya | 16:11 • 2 May 2024
Zelenski: Aprel ayında Ukrayna ərazisinə 300-dən çox raket atılıb

Aprel ayı ərzində Rusiya ordusu Ukrayna ərazisinə yüzlərlə müxtəlif raket və minlərlə idarəolunan hava bombası atıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb.

Prezidentin sözlərinə görə, aprel ayında Rusiya 300-dən çox müxtəlif növ raketdən, təxminən 300 “Şahed” dronundan, 3,2 mindən çox idarə olunan hava bombasından istifadə edib. Sumı, Odessa, Dnepropetrovsk, Xarkov, Donetsk vilayətləri, o cümlədən Nikolayev və Xerson hər gecə bu iyrənc terrordan əziyyət çəkir. Ukraynanı hava hücumundan müdafiə sistemi ilə dəstəkləyən müttəfiqlərin köməyi ilə minlərlə insan həyatı xilas edilib.

“Amma təəssüflər olsun ki, bu hücumlar nəticəsində çoxlu insan itkisi var”, - deyə Zelenski əlavə edib.

Xəbər lenti