Xəzər Xəbər

Peyvənd vurduran yüzlərlə insan xəstəxanalara axın edir - Bu şikayətlə...

Dünya | 18:32 • 28 Aprel 2021
Peyvənd vurduran yüzlərlə insan xəstəxanalara axın edir - Bu şikayətlə...

COVİD-19 əleyhinə vaksinlərin fəsadı ilə bağlı daha bir iddia ortaya atılıb.
 
İngiltərədə peyvənd vurduran yüzlərlə insan qulaq cingildəməsi şikayəti ilə xəstəxanalara müraciət edib. Səbəbin vaksin olduğu bildirilsə də, səhiyyə qurumları bunu inkar edir. 

İngiltərə səhiyyə qurumlarından "BTA” qulaq cingildəməsinin peyvənd olunan hər 24 nəfərdən yalnız birində görüldüyünü qeyd edib. "Vaksinlərin qulaq cingildəməsinə səbəb olması və ya daha pis nəticələr ehtimalı çox azdır”, - deyə açıqlamada bildirilib. 

Professor Nirmal Kumar məsələ ilə bağlı mövcud vəziyyətin təsadüfi ola biləcəyini deyib. O, həmçinin vaksindən sonra qulaq cingildəməsinin nadir şikayətlərdən olduğunu vurğulayıb./Sfera.az

Xəbər lenti