Xəzər Xəbər

Gürcüstanda əyləncə mərkəzləri və kinoteatrların fəaliyyəti bərpa olunub

Dünya | 10:53 • 1 Aprel 2021
Gürcüstanda əyləncə mərkəzləri və kinoteatrların fəaliyyəti bərpa olunub

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bir neçə məhdudiyyət aprelin 1-dən ləğv olunub.

Bu gündən teatr tamaşaları və idman yarışlarının tamaşaçıların iştirakı ilə keçirilməsinə icazə verilib.

Bundan başqa, uşaq əyləncə mərkəzləri və kinoteatrların da fəaliyyəti bərpa olunub.

Amma Gürcüstanda saat 21:00-dan 05:00-dək tətbiq edilən komendant saatı, açıq havada və ictimai nəqliyyatda qoruyucu maskadan məcburi istifadə tələbi və digər bəzi məhdudiyyətlər hələ də qüvvədə qalır.

Xəbər lenti