Xəzər Xəbər

Rusiyalı telejurnalistin Tbilisiyə səfəri ciddi etirazlara səbəb olub

Dünya | 10:05 • 1 Aprel 2021
Rusiyalı telejurnalistin Tbilisiyə səfəri ciddi etirazlara səbəb olub

Rusiyanın məşhur telejurnalisti Vladimir Pozner martın 31-də “Airzena” aviaşirkətinin çarter reysi ilə Moskvadan Tbilisiyə gəlib. Onunla birlikdə Tbilisiyə Rusiyanın 50-yə yaxın jurnalisti və şou-biznes nümayəndəsi gəlib.

Rusiyalı telejurnalistin Tbilisiyə səfəri ciddi etirazlara səbəb olub.

İctimai fəallar və müxalifət nümayəndələri telejurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçiriblər. Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya iştirakçıları bəyan ediblər ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan, etnik gürcü və abxazları təhqir edən bir şəxs təcili ölkədən çıxarılmalıdır.

Bəzi məlumatlara görə, telejurnalist V.Pozner aprelin 1-də doğum gününü Tbilisidə qeyd etmək üçün gəlib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi gecə saatlarında V.Poznerin səfəri ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, V.Poznerin Tbilisiyə səfəri qanun çərçivəsində reallaşıb. Nə onun, nə də telejurnalisti müşayiət edən nümayəndə heyətinin Gürcüstana səfərində heç bir qanun pozuntusu yoxdur.

Xəbər lenti