Xəzər Xəbər

Nazir müavini və anası təyyarə qəzasında ölüb

Dünya | 11:31 • 28 Mart 2021
Nazir müavini və anası təyyarə qəzasında ölüb

Meksikanın Sonora ştatında ikimotorlu Cessna təyyarəsi qəzaya uğrayıb.

Yerli "Jornada" nəşri xəbər verir ki, qəza nəticəsində altı nəfər həlak olub.

Məlumata görə, insident martın 27-də gündüz saatlarında baş verib. Ermosilo şəhərindən ABŞ-ın Tuson (Arizona ştatı) şəhərinə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Ştatın baş prokurorluğunun ofisindən verilən məlumata əsasən, qəzada həlak olanlar arasında ştatın iqtisadi inkişaf nazirinin müavini və onun anası da var. Təyyarədəki yeddi nəfərdən yalnız biri sağ qalıb. Hazırda ona tibbi yardım göstərilir.

Federal hakimiyyət və prokurorluq qəzanın səbəbini aydınlaşdırmaq üçün təhqiqata başlayıb.

Xəbər lenti