Xəzər Xəbər

Ermənistanda koronavirusdan daha 14 nəfər ölüb

Dünya | 12:07 • 28 Mart 2021
Ermənistanda koronavirusdan daha 14 nəfər ölüb

Ermənistanda son sutkada 777 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Yerli medianın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 190 317 nəfərə çatıb.

Son sutka ərzində 14 nəfər koronavirusdan ölüb və bununla da virusdan indiyədək ölənlərin sayı 3464 nəfərə çatıb.

İndiyədək ölkədə xəstəlikdən 171 506 nəfər sağalıb, 14 466 nəfərin müalicəsi davam edir.

Xəbər lenti