Xəzər Xəbər

Süveyş kanalı yenidən bağlanıb

Dünya | 16:27 • 25 Mart 2021
Süveyş kanalı yenidən bağlanıb

Süveyş kanalında konteyner gəmisinin saya oturması ilə əlaqədar iki gündür ki, hərəkət tamamilə dayanıb.

Xezerxeber.az-ın məlumatına görə hazırda 10-a yaxın buksir gəmisi "Ever Given" gəmisinin hərəkətini bərpa etmək üçün işlər aparır.

Qeyd edək ki, ötən gün gəmi Süveyş kanalında hərəkəti iflic edib. Nəhəng – 400 metr uzunluğu və 59 metr eni olan bu yük gəmisində Çindən Niderlanda göndərilən 224 min ton quru yük var. Yükün boşaldılması müddətində Süveyş kanalı gəmi və neft tankerlərinin hərəkəti üçün bağlı olacaq.

Dünya ticarət daşımalarının təxminən 12 faizi Süveyş kanalının payına düşür.

Hazırda kanalda onlarla gəmi hərəkətin bərpa olunmasını gözləyir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti