Xəzər Xəbər

Türkiyə XİN “Moskva” anlaşmasının 100 illiyi ilə bağlı açıqlama yayıb

Dünya | 15:33 • 16 Mart 2021
Türkiyə XİN “Moskva” anlaşmasının 100 illiyi ilə bağlı açıqlama yayıb

Türkiyə ilə Rusiya arasında 1921-ci il martın 16-da imzalanan “Dostluq və qardaşlıq” anlaşması (Moskva anlaşması) türk-rus əlaqələrində mühüm yer tutur. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bir il sonra imzalanan bu anlaşma dövrün şərtləri içərisində daşıdığı siyasi əhəmiyyətlə bərabər, bu günə qədər qüvvədə olan hüquqi nəticələr də yaradıb.

Xezerxeber.az xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, tarixdə “Moskva” anlaşması kimi tanınan bu anlaşma Türkiyə ilə Rusiya arasında imzalanmış ilk rəsmi sənəd olmaqla, xüsusi əhəmiyyət daşıyıb və gənc Türkiyə Cümhuriyyətinin şərq sərhədlərini müəyyən etməklə bərabər, sovet Rusiyası ilə Birinci Dünya müharibəsindən sonrakı dövrdə nümayiş olunan həmrəylik və əməkdaşlıq üçün zəmin təşkil edib.

Vurğulanır ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası hazırda ikitərəfli və regional səviyyədə əməkdaşlıq edir.

Xəbər lenti