Xəzər Xəbər

Sarkozi cəzasını evdə çəkə bilər – Qoluna xüsusi qolbaq vurulacaq

Sarkozi ilə bağlı martın 1-də dünya mediasında sensasiyaya çevrilən qərar dəyişdirilə bilər.
Dünya | 15:25 • 2 Mart 2021
Sarkozi cəzasını evdə çəkə bilər – Qoluna xüsusi qolbaq vurulacaq
Keçmiş Fransa lideri Nikola Sarkozi ilə bağlı martın 1-də dünya mediasında sensasiyaya çevrilən qərar dəyişdirilə bilər.
 
BFM Sarkozinin cəzasını həbsxana kamerası əvəzinə evdə çəkə biləcəyini açıqlayıb.
 
Xatırladaq ki, Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozini 3 il müddətinə həbs edib.Keçmiş prezident korrupsiyada və nüfuzundan sui-istifadə etməkdə təqsirli bilinib. Cəza müddətinin 2 ili şərti təyin olunub. Nikolya Sarkozi Fransa tarixində real həbs müddəti almış ilk prezident olub. Amma onun "nailiyyətləri” bununla bitməyib.
 
BFM kanalının məlumatına görə, eks-prezidentə güzəşt edib ev dustaqlığına buraxa bilərlər. Bu halda Sarkozi  hərəkətlərinin nəzarətdə saxlanması məqsədilə  xüsuysi qolbaq taxmalı olacaq.

BMF bildirir ki, ev dustaqlığı məsələsinə xüsusi məhkəmədə baxılacaq. Sözüegedən məhkəmənin nə vaxt keçiriləcəyi açıqlanmır./Sfera.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti