Xəzər Xəbər

Pandemiya bu il başa çatmayacaq üst

Dünya | 14:24 • 2 Mart 2021
Pandemiya bu il başa çatmayacaq

Koronavirus pandemiyası bu il başa çatmayacaq. 

Xezerxeber.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə hesab edir.

Təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan deyib ki, virus üzərində bu ilin sonunadək qələbə çalınacağına dair təsəvvürlər “vaxtından əvvəl və qeyri-realist“ hesab olunmalıdır.

M. Rayan bildirib ki, virusun il ərzində aktuallığını qoruyacağına baxmayaraq, vaksinasiya kampaniyaları sayəsində xəstəxanalardakı xəstələrin və ölüm hallarının sayı azala biləcək.

Altı həftəlik azalan tendensiyadan sonra yoluxma hallarında yenidən artımın müşahidə olunması isə ehtiyatlı olmağı tələb edir. 

 

Xəbər lenti