Xəzər Xəbər

Rusiya dollardan imtina edir? - Federasiya Şurası sədrindən açıqlama

Dünya | 15:32 • 2 Mart 2021
Rusiya dollardan imtina edir? - Federasiya Şurası sədrindən açıqlama
ABŞ dolları Rusiyada dövriyyədə qalacaq və heç bir yerə itməyəcək, amma iqtisadiyyatın ondan asılılığını azaltmaq lazımdır.
 
Federasiya Şurasının sədri Valentina Matvienko RİA Novosti-yə verdiyi müsahibədə Rusiyanın ABŞ valyutasından imtina perspektivlərini belə qiymətləndirib.
 
Bundan əvvəl Valentina Matvienko bildirmişdi ki, xarici İT şirkətlərini Rusiya qanunlarına və "Roskomnadzor”un tələblərinə riayət etməyə məcbur edəcək tədbirlər hazırlamaq lazımdır.

Onun fikrincə, xarici sosial şəbəkələr və böyük İT şirkətləri "Rusiyadan böyük pullar qazandıqları" üçün Rusiyadakı nümayəndəliklərini qeydiyyatdan keçirməli və Rusiya büdcəsinə vergi ödəməlidirlər./Sfera.az

Xəbər lenti