Xəzər Xəbər

Ukraynada koronavirusa rekord yoluxma qeydə alındı

Dünya | 10:59 • 3 Noyabr 2020
Ukraynada koronavirusa rekord yoluxma qeydə alındı

Ukraynada rekord sayda - 8 899 nəfərə COVID-19 diaqnozu qoyulub.


Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.


Ukraynada son 24 saatda 5 100 nəfər koronavirusdan sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 157 pasiyent isə vəfat edib.


Beləliklə, Ukraynada indiyədək 411 093 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 168 868 nəfər sağalıb, 7 532 nəfər isə pandemiyanın qurbanı olub./report

Xəbər lenti