Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 259 mindən çox artıb.
XəzərXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Avqustun 6-ı saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 259 344 nəfər koronavirusa yoluxub, 6 488 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 18 614 177, ölənlərin isə 702 642 nəfərə çatıb.
Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.