Xəzər Xəbər

Misirdə COVID-19-a yoluxanların sayı 60 min nəfəri keçib

Dünya | 10:48 • 26 İyun 2020
Misirdə COVID-19-a yoluxanların sayı 60 min nəfəri keçib

Misirdə COVID-19-a yoluxanların sayı 60 min nəfəri keçib.


Bu ölkənin Səhiyyə Nazirliyi iyunun 25-də yeni növ koronavirusa daha 1569 nəfərin yoluxduğunu bildirib. Qeyd olunub ki, yoluxanların ümumi sayı 61130 nəfərdir. Bundan başqa, son sutka ərzində koronavirusdan 83 nəfər vəfat edib və həyatını itirənlərin sayı 2533-ə çatıb. Məlumatda bildirilib ki, iyunun 25-də karantin xəstəxanalarında 403 pasiyent sağalıb.


Misirdəki Azərbaycan diasporundan AZƏRTAC-a bildiriblər ki, bu ölkədə aktiv karantin rejiminin davam etdiyi son üç ay müddətində azərbaycanlılardan heç biri COVID-19-a yoluxmayıb.

Xəbər lenti