Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatdı

Dünya | 339 | 08:47 • 23 May 2020
Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatdı

Gürcüstanın Baş nazir Georgi Qaxariyanın rəhbərliyi ilə Koordinasiya Şurası, mayın 23-dən, yəni bu gün axşam saat 12:00-dan etibarən fövqəladə vəziyyətin, eləcə də komendant saatının ləğv olunmasına dair qərar qəbul edib.

Bu barədə Baş nazirin mətbuat katibi, İrakli Chikovani brifinqdə bildirib.

İrakli Chikovani mayın 23-dən etibarən Gürcüstanda hansı məhdudiyyətlərin qüvvədə qalacağı və həmçinin hansıların ləğv olunacağı barədə ətraflı şəkildə danışıb:

″Bu gün, fövqəladə vəziyyətin bir çox ölkədə yenə də davam etdirilməsi və pandemiyanın aktiv fazada olması fonunda, birgə uğurlu addımlar və ölkədə həyata keçirilən tədbirlər, fövqəladə vəziyyətin ləğvi ilə bağlı danışmağa, eləcədə digər məhdudiyyətlərin mərhələli şəkildə qaldırılmasına imkan yaratdı. Bildiyiniz kimi, Baş nazirini rəhbərliyi ilə Koordinasiya Şurası mayın 23-dən, yəni bu gün axşam saat 12-dən etibarən fövqəladə vəziyyətin və müvafiq olaraq komendant saatının ləğvinə dair qərar verib"./Publika.az

Xəbər lenti

Çox oxunanlar