Xəzər Xəbər

İlk dəfə koronavirus barədə eşitdilər: ŞOK YAŞADILAR

Dünya | 10:26 • 24 Aprel 2020
İlk dəfə koronavirus barədə eşitdilər:

Fevral ayında yelkənli qayıqla səyahətə çıxan Böyük Britaniyadan olan cütlük - Elena Maniqet və Ryan Osborn torpağa ayaq basanda eşitdiklərinə inanmayıblar.

Cütlük mətbuata müsahibəsində bildirib ki, onlar koronavirus dünya miqyasında yayılmazdan əvvəl Kanar adalarından Karib adaları istiqamətində üzməyə başlayıblar. GPS sistemi vasitəsiylə üzən cütlük, internet problem ilə üzləşdiklərinə görə nə mətbuatı izləyiblər nə də yaxınları ilə əlaqə qurublar.1 ay sonra Guadeloupe adasına çatan şəxslər eşitdikləri qarşısında şoka düşüblər.

Onlar koronavirusun dünyanı təsiri altına aldığını və tanıdıqları çox sayda insanın COVID-19-dan öldüyünü öyrəniblər. Cütlüyün sözlərinə görə, koronavirus epidemiyası səbəbilə Guadeloupe adası bağlı olduğu üçün onlar quruya çıxmaq barədə xüsusi icazə alıblar./publika.az

Xəbər lenti

Çox oxunanlar