Xəzər Xəbər

Çin koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ

Dünya | 14:18 • 12 Mart 2020
Çin koronavirusla bağlı

Çində Kovid-19 epidemiyasının pik dövrü sona çatıb.

Bu barədə Çin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Komitə rəsmisi Mi Fen mətbuata açıqlamasında bildirib ki, Uhan şəhərindən başqa, Hubey əyalətinin digər şəhərlərində bir həftədən çoxdur ki, yeni yoluxma faktı qeydə alınmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Çindən dünyaya yayılan koronavirus epidemiyasını pandemiya elan edib.

Dünya miqyasında 4 min 634 nəfər dünyasını dəyişib. 124 ölkədə 126 min 380 nəfər virusa yoluxub./publika.az

Xəbər lenti

Çox oxunanlar