Xəzər Xəbər

Novruz şənlikləri LƏĞV EDİLDİ Koronavirusa görə

Dünya | 15:16 • 27 Fevral 2020
Novruz şənlikləri LƏĞV EDİLDİ

Şimali İraqda Novruz bayramı şənlikləri təxirə salınıb.

İkinci elana qədər vilayətdə bayram keçirilməyəcək.

Buna səbəb dünyada sürətlə yayılan yeni tip koronavirusdur.

Ərbil şəhərinin valisi Fərsət Sofi təşkil etdiyi mətbuat konfransında vilayətdə koronavirus şübhəsinin olmadığını, lakin qabaqlayıcı tədbirlər çərçivəsində bu addımı atdıqlarını bildirib.

Süleymaniyyə valisi Həval Əbubəkir isə şəhərdə hər cür toplaşma, tədbir və kafelərdə qəlyanların verilməsini qadağan etdiklərini söyləyib.

İraq Səhiyyə Nazirliyi verdiyi açıqlamada İrandan qayıdan bağdadlı gəncdə koronavirus aşkarlandığını, bununla da ölkədə kornavirus xəstəliyinin 6-ya çatdığını açıqlayıb.

Buna görə İraqla yanaşı, Çin, Tailand, Cənubi Koreya, Yaponiya, İtaliya və Sinqapur İrana viza verilməsini dayandırıb./publika.az

Xəbər lenti