Xəzər Xəbər

İrandan İsrailə müharibə xəbərdarlığı Cavabımız çox sərt olacaq

Dünya | 09:43 • 13 Fevral 2020
İrandan İsrailə müharibə xəbərdarlığı

"İsrail İranın Suriyadakı maraqlarına zərbə vurarsa, cavab çox sərt olacaq”.

İranın Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir. Bildirilib ki, İsrail bölgədəki gərginliyi artıracaq addımlardan çəkinməlidir:

"İranın bölgədə və Suriyada maraqları var. İsrailin hücumuna çox sərt cavab verəcəyik”.

Açıqlamada qeyd olunur ki, İran qüvvələri Dəməşqin dəvətinə uyğun olaraq Suriyaya yerləşib. "ABŞ və İsrail kimi ölkələrin Suriyada əməliyyatlar həyata keçirməsi beynəlxalq qanunlara ziddir” - deyə açıqlamada bildirilir./Publika.az

Xəbər lenti