Xəzər Xəbər

Suriyada Türkiyə ordusunun 5 əsgəri şəhid olub

Dünya | 16:41 • 10 Fevral 2020
Suriyada Türkiyə ordusunun 5 əsgəri şəhid olub

Suriyanın şimalında, İdlib vilayətində Türkiyə ordusunun 5 əsgəri şəhid olub.


APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Türkiyənin İdlibə göndərdiyi əlavə qüvvələr bu gün Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər isə yaralanıb.

Xəbər lenti