Xəzər Xəbər

Camal Qaşıqçının qətli ilə bağlı 5 nəfər barəsində edam hökmü çıxarılıb

Dünya | 14:37 • 23 Dekabr 2019
Camal Qaşıqçının qətli ilə bağlı 5 nəfər barəsində edam hökmü çıxarılıb

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən amerikalı jurnalist Camal Qaşıqçı ilə bağlı açılan cinayət işi üzrə 5 nəfərə edam cəzası verilib.


APA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında məhkəmə bu cinayət işi üzrə əlavə olaraq 3 nəfəri ümumilikdə 24 illik həbsə məhkum edib. Məhkəmə bu cinayətin təşkilində şübhəli bilinən Səudiyyə Ərəbistanı Kral Məhkəməsinin müşaviri Səud əl-Kahtaninin əməlində cinayət dəlilləri olmadığını bildirərək, onu azadlığa buraxıb.


Səudiyyə Ərəbistanı Prokurorluğu ölkənin İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Uteybinini də ittiham etməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024