Rusiyanın Bryansk vilayətində azərbaycanlı əsgər dəfn edilib.
Bryansk vilayətində Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun tərkibində döyüşmüş Böyükağa Nuhu oğlu Mehdiyevin dəfn mərasimi keçirilib.
Azərbaycanlı əsgərin qalıqlarını sentyabrın 7-də axtarış dəstələrindən biri tərəfindən tapılıb. Soydaşımızın qalıqları ilə birlikdə "Qırmızı bayraq” ordeni, qaşıq və qazança da aşkar edilib.
Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan məlumata görə, Böyükağa Mehdiyev 1941-ci ildə müharibəyə çağırılıb. O, Bryansk cəbhəsi ordusunun 413-cü atıcı diviziyasının 1312-ci alayının 2-ci batalyonunun 4-cü bölüyünün əsgəri olub və 1943-cü il sentyabrın 13-də döyüşlər zamanı həyatını itirib. (AZƏRTAC)