Xəzər Xəbər

Konqoda An-72 tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb

Dünya | 16:20 • 11 Oktyabr 2019
Konqoda An-72 tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb

Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekediyə xidmət edən, göyərtəsində səkkiz nəfərin olduğu An-72 tipli hərbi yük təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb.


Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, oktyabrın 10-da yerli vaxtla saat 13:32-də Goma şəhər aeroportundan havaya qalxan təyyarə saat 16:43-də Kinşasada yerə enməli idi. Lakin bir saat sonra təyyarə ilə əlaqə kəsilib və o, radarlardan itib.


İnsident zamanı An-72 tipli hərbi yük təyyarəsinin göyərtəsində prezidentin mühafizə xidmətinin üç əməkdaşı, onun şəxsi sürücüsü və dörd ekipaj üzvü olub.


Bir qədər əvvəl təyyarənin qalıqları ölkənin şərqində yerləşən Maniema əyalətinin ərazisində aşkarlanıb. Sərnişinlərin və heyət üzvlərinin taleyi barədə məlumat verilmir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti