Xəzər Xəbər

Macarıstan İT sektorunda tenderləri hökumət nəzarətindən azad edir

Dünya | 12:06 • 5 Sentyabr 2019
Macarıstan İT sektorunda tenderləri hökumət nəzarətindən azad edir

Macarıstan hökuməti Milli Kommunikasiyalar İdarəsinə, Milli İnformatika və Rabitə Şurasına, habelə "Digitális Kormányzati Ügynökség Zrt” hökumət şirkətinə (Rəqəmsal Hökumət Agentliyi) icazə verib ki, onlar öz tenderlərini mərkəzləşdirilmiş ticarət məkanlarında yerləşdirməsinlər.


AZƏRTAC Macarıstan hökumətinin xəbər portalına istinadla bildirir ki, həmin təşkilatlar öz tenderlərinə mərkəzləşdirilmiş nəzarətdən də azad ediliblər.


Hökumətin 2004-cü və 2015-ci ildə qəbul edilmiş müvafiq qərarlarının təsir dairəsindən çıxarılmış Milli Kommunikasiyalar İdarəsinin fəaliyyətinə Macarıstanın Baş Nazirinin dəftərxanası nəzarət edir.


Bu il mart ayında yaradılmış Milli İnformatika və Rabitə Şurası (hökumətə məsləhət verən orqan) və elə həmin ayda təsis edilmiş "Rəqəmsal Hökumət Agentliyi” dövlət şirkəti (onun da fəaliyyətinə Macarıstanın Baş Nazirinin dəftərxanası nəzarət edir) tenderləri yerləşdirmək öhdəliyindən azad edilib.


Sonuncu qurum gələcəkdə İT sahəsində dəyəri milyardlarla ölçülən dövlət satınalmaları üzərində nəzarət səlahiyyəti əldə edəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti