Xəzər Xəbər

Rusiyanın bu bölgələrində qorxunc yoluxucu xəstəlik var - Siyahı

Dünya | 12:21 • 3 Avqust 2019
Rusiyanın bu bölgələrində

Rusiyada aktiv vərəm xəstələri ən çox Çukotiya muxtar bölgəsində qeydə alınıb. Burada hər 100 min nəfərə 526,9 xəstə düşür.

Bu məlumat 2018-ci ilin statistik hesabatında yer alıb.

Tıva Respublikası və Primorsk diyarında da bu xəstəliyin miqyası böyükdür - hər 100 min adama 512,6 xəstə var.

Rusiyada vərəmlə bağlı ən yaxşı vəziyyət Arxangelsk vilayətindədir. Burada hər 100 min adama 17,1 xəstə qeydə alınıb.

Belqorod vilayətində hər 100 min adama 19,8, Nenetskidə isə hər 100 min adama 20,5 vərəm xəstəsi düşür./teleqraf

Xəbər lenti