Xəzər Xəbər

ABŞ səfirliyinə HÜCUM: Tramp üç gün sonra gedəcəkdi

Dünya | 14:10 • 26 İyun 2019
ABŞ səfirliyinə HÜCUM:
ABŞ-ın Seuldakı səfirliyinə hücum cəhdi olub.

Bu barədə Cənubi Koreya mediası məlumat yayıb.

Məlumata görə, 40 yaşlı Park Mo adlı şəxs avtomobilini səfirlik binasının qapısına vurub, daha sonra avtomobildən düşərək, özü ilə gətirdiyi butan qazını yandırmağa çalışıb. Hücum edən şəxs həbs olunub, ölən və yaralanan yoxdur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya səfər edəcək./publika.az

Xəbər lenti