Xəzər Xəbər

Gürcüstanın Daxili İşlər naziri NATO rəsmisi ilə regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Dünya | 11:58 • 23 May 2019
Gürcüstanın Daxili İşlər naziri NATO rəsmisi ilə regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstan Baş Nazirinin müavini, Daxili İşlər naziri Georgi Qaxariya NATO-nun Tərəfdaşlıq Ofisinin rəhbəri Rozario Puqlis ilə görüşüb.


AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstanda və Cənubi Qafqazda təhlükəsizlik, o cümlədən hibrid təhdidlər və s. məsələlər müzakirə olunub.


DİN-in yaydığı məlumatda deyilir ki, söhbət zamanı, təhlükəsizliyin gücləndirilməsi və Gürcüstanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyi xüsusi qeyd olunub.


G.Qaxariya ölkəsinin Milli Təhlükəsizlik Şurasının yeni konsepsiyası barədə R.Puqlisə ətraflı məlumat verib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti