Xəzər Xəbər

Rusiyada təqaüdçüləri təhqir edən deputat istefaya göndərilib

Dünya | 14:05 • 14 Mart 2019
Rusiyada təqaüdçüləri təhqir edən deputat istefaya göndərilib

Rusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Nəbiyev az təqaüd alan təqaüdçüləri "tüfeyli” adlandırdığı üçün parlamentin tərkibindən çıxarılıb.


AZƏRTAC Rusiya KİV-nə istinadla xəbər verir ki, Volqoqrad vilayət Dumasının saytında yerləşdirilmiş məlumatda deyilir: "Bu gün Volqoqrad vilayət Dumasının dövlət quruculuğu, yerli özünüidarəetmə və ərazilərin inkişafı Komitəsi regional parlamentin üzvü Həsən Nəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxıb və müvafiq qərar qəbul edib”. Parlament komitəsi vilayət Dumasına bununla bağlı qanun layihəsi qəbul etməyi tövsiyə edib.


Bundan əvvəl də deputatın mənsub olduğu "Edinaya Rossiya” fraksiyası deputatın partiya sıralarından çıxarılması haqqında qərarı yekdilliklə qəbul edib.

Xəbər lenti