Xəzər Xəbər

Estoniya parlementində koalisiya danışıqlarına başlanıb

Dünya | 17:01 • 6 Mart 2019
Estoniya parlementində koalisiya danışıqlarına başlanıb

Estoniyada parlament seçkilərində qalib gəlmiş İslahatçılar partiyası koalisiya danışıqlarnı hazırki baş nazir Yuri Ratasın rəhbərlik etdiyi Mərkəzçi partiya ilə aparmağı qərara alıb.


AZƏRTAC xəbər verir ki, islahatçıların lideri Kaya Kallas sosial-demokratlar və İSAMAA (milli mühafizəkarlar) ilə koalisiya qurmaq istəmədiklərinin səbəbini də açıqlayıb. O bildirib ki, sonuncu dəfə belə əməkdaşlıq uğurlu nəticəyə gətirib çıxarmamışdı. Kallas onu da əlavə edib ki, Yuri Ratasla danışıqlara artıq başlanıb.


Xatırladaq ki, seçkilərdə ikinci səs çoxluğu qazanan partiya məhz mərkəzçilərdir. İndiyədək Estoniyada qurulmuş bütün hökumətlər koalisiya təşkil edib.

Xəbər lenti