Xəzər Xəbər

Ərdoğandan tələbələrə SÜRPRİZ etdi

Dünya | 12:19 • 28 Dekabr 2018
Ərdoğandan tələbələrə SÜRPRİZ etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrə sürpriz edib.

XəzərXəbər xəbər verir ki, prezident mütəfəkkir Mehmet Akif Ərsoyun anım mərasimindən sonra Prezident Sarayından çıxıb və xidməti avtomobilinə minib.

Anım mərasiminə qatılan tələbələrin yolda avtobus gözlədiyini görən Ərdoğan onlara laqeyd qalmayıb. O, avtomobilindən düşərək tələbələrin yanına gedib. Bu, tələbələr üçün böyük sürpriz olub. Ərdoğan tələbələrlə söhbət edib və foto çəkdirib. Onlar prezdienti yataqxanalarına dəvət ediblər. Prezident əlini öpmək istəyən tələbələrə isə belə cavab verib: "Əl öpdürmürəm. Ana-atanızın, bir də müəllimlərinizin əlindən öpün”.

Hadisənin görüntüləri Prezidentlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun tərəfindən sosial mediada paylaşılıb.

Xəbər lenti