Xəzər Xəbər

Maduro ABŞ-ın gizli planını açıqladı - "Məni öldürəcəklər"

Dünya | 11:38 • 13 Dekabr 2018
Maduro ABŞ-ın gizli planını açıqladı - "Məni öldürəcəklər"

Con Bolton planın əsas tərtibatçısıdır.

ABŞ mənim qətlə yetirilməyim haqda plan hazırlayıb.

Bu informasiyanı Venesuela prezidenti Nikolas Maduro yerli telekanalın efində yayıb.

Onun sözlərinə görə, sui-qəsd planına ABŞ prezidentinin milli təhlükəsizliyi üzrə müşaviri Con Bolton rəhbərlik edib.

"Söhbət mənim öldürülməyimdən gedir. Bolton planın əsas tərtibatçısıdır. Bu isə bütövlükdə Venesuelaya qarşı yönəlib. Hazırda Venesuela və Kolumbiyadan olan 700 muzdlu yaraqlı sərhəddə hücuma hazırlaşır". Maduro belə deyib.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti