Xəzər Xəbər

Misirdə sosial şəbəkələrdə yalan məlumatın yayılmasına görə cəza sərtləşdirilir

Dünya | 15:50 • 12 Noyabr 2018
Misirdə sosial şəbəkələrdə yalan məlumatın yayılmasına görə cəza sərtləşdirilir

Misir Nümayəndələr Palatasının Təhsil Komitəsinin üzvü İbrahim Hicazi sosial şəbəkələrdə yanlış informasiya yayan bütün səhifələrin izlənilməli olduğunu bildirib və belə səhifələrin qapanmasını, onların sahiblərinin isə məsuliyyətə cəlb olunmasını təklif edib.


AZƏRTAC xəbər verir ki, İ.Hicazi yanlış informasiya yayan şəxslər barəsində cəzanın sərtləşdirilməsi təşəbbüsü ilə də çıxış edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yanlış informasiya yayılmasına qarşı mübarizə aparılmalı və vətəndaşlara bildirilməlidir ki, bu cür materialların yayılmasına şərait yaradan şəxslər qanun qarşısında məsuliyyət daşıyacaqlar. O, həqiqətə uyğun olmayan materialların yayılmasına qarşı mübarizə aparmağın zəruri olması barədə misirlilərin məlumatının artırılmasında kütləvi informasiya vasitələrinin xüsusi rol oynadığını vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti