Xəzər Xəbər

Təhlükəli virus yayıldı: 41 ölü, 306 yoluxma

Dünya | 12:07 • 20 Oktyabr 2018
Təhlükəli virus yayıldı:

Yunanıstanda bir il ərzində Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 306 nəfərə çatıb.

Axar.az xəbər verir ki, hazırda 13 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda birinci dəfə 2010-cu ildə aşkarlanıb. 2010-2014-cü illərdə xəstəlikdən 80 nəfər vəfat edib. 2015-2016-cı illərdə isə xəstəliyə yoluxanlar barədə məlumat daxil olmayıb. 2017-ci ildən başlayaraq bu virusa yoluxmaların sayı yenidən artmağa başlayıb.

Xəbər lenti