Ər-Riyad müraciət edəcəyi halda, ABŞ Türkiyəyə Federal Təhqiqatlar Bürosunun (FTB) heyətini göndərməyə hazırdır.
Publika.az "Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
"Səudiyyəlilərin kömək istəyəcəyi halda, ABŞ Türkiyəyə FTB qrupunu göndərməyə hazırdır”, - o deyib.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluq binasından bir daha çıxmadığı bildirilir. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.