Xəzər Xəbər

Almaniyada isti hava həyatı iflic edib

Dünya | 09:22 • 6 Avqust 2018
Almaniyada isti hava həyatı iflic edib

Almaniyada havanın hərarətinin 40 dərəcəyə yaxınlaşması nəticəsində yaşıllıqlar quruyub və çaylarda suyun səviyyəsi aşağı düşüb.


Xezerxeber.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu yay Almaniyada son illərin ən isti və quraq yay mövsümü kimi qeydə alınıb. Ölkədə kənd təsərrüfatı məhsullarının yetişməsində ciddi azalma müşahidə olunur.


Almaniyanın Meteorologiya Departamenti yaxın günlərdə isti hava şəraitinin bütün ölkəni əhatə edəcəyini açıqlayıb. Çərşənbə günü temperaturun 40 dərəcədən yuxarı olacağı gözlənilir.

Xəbər lenti