Xəzər Xəbər

Adnan Oktarın villasında ŞOK DETAL: 127 kamera ilə...

Dünya | 11:06 • 15 İyul 2018
Adnan Oktarın villasında ŞOK DETAL: 127 kamera ilə...

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktarla bağlı aparılan araşdırmalar zamanı şokedici mənzərələr açıqlanıb.

Publika.az xəbər verir ki, xüsusi əməliyyat qrupu və maliyyə şöbəsi tərəfindən aparılan əməliyyatlar zamanı A.Oktarın Çengelköydəki villasının kamera otağında 127 monitor aşkarlayıb.

Polis tərəfindən aparılan əməliyyatlar kamera ilə çəkilib. Görüntülərdə xüsusi əməliyyat qrupunun araşdırmaları əks olunub. A.Oktarın villasının içində və çölündə 127 kamera yerləşdirildiyi ortaya çıxıb. Həmin kameralar vasitəsilə 24 saat izlənmə aparıldığı bildirilir.

Qeyd edək ki, A.Oktar barədə 2 il əvvəl başlayan araşdırma nəticəsində 185 nəfər saxlanılıb. Polisin hadisə ilə bağlı araşdırması davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti