Şimali Koreya lideri Kim Çen In Sinqapurun baş naziri Li Syan Lunla görüşüb.
TASS-ın məlumatına görə, danışıqlar zamanı Kim Çen İn ABŞ prezidenti Donald Trampla keçiriləcək görüşünün təşkilinə görə Sinqapurun Nazirlər Kabinetinin sədrinə təşəkkürünü bildirib.
Görüşdə ikitərəfli əlaqələr, eləcə də Koreya yarımadasındakı son vəziyyət müzakirə edilib. Sinqapurun baş naziri ABŞ
prezidenti ilə Şimali Koreya lideri arasında planlaşdırılan görüşün
yarımadada, ümumiyyətlə isə regionda sülhə və stabilliyə töhfə
verəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün bu gün Sinqapura səfərə gəlib.